İsrail ordusunun Cenin düşərgəsinə ağır hücumu + VİDEO və FOTO

Bazar ertəsi 30 Oktyabr 2023 - 21:09
https://az.iswnews.com/?p=27810

İsrail Təhlükəsizlik qüvvələri və ordusu bu gün səhər saatlarından etibarən İordan çayının qərb sahilinin şimalındakı Cenin düşərgəsinə hücum edərək, bir neçə bina və İbn Sina xəstəxanasını nəzarətə götürdükdən sonra bu düşərgədə Fələstin müqavimət qüvvələri ilə qarşıdurmaya giriblər.

Bu münaqişə nəticəsində 3 fələstinli şəhid olub, daha 7 nəfər yaralanıb, 10-dan çox insan həbs edilib. Müqavimət qüvvələri də hərbi maşınların yolunda bir neçə bomba partlatmaqla sionistlərə naməlum itkilər veriblər.

Bu münaqişədə İsrail ordusu kəşfiyyat və hücum dronlarının havadan dəstəyini alıb və bu dronlar bir hücumda bir evi hədəfə alıb, bu zaman bir fələstinli şəhid olub, bir neçə nəfər yaralanıb.

İsrail dronlarının Cenin düşərgəsindəki evə hücumu

İsrail qüvvələri Cenin düşərgəsində Fələstin müqavimət qüvvələri ilə bir neçə saatlıq döyüşdən sonra bu şəhərdən geri çəkilib. İsrail qüvvələrinin itkiləri ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Düşərgənin giriş tağının dağıdılması, küçələrin asfaltının qazılması, elektrik qurğularının zədələnməsi və bu düşərgə əhalisinin mallarının məhv edilməsi sionistlərin bu geniş hücumda əldə etdiyi nailiyyətlərdən idi!

İsrail qüvvələri tərəfindən Cenin düşərgəsinin giriş tağının dağıdılması
İsraillilərin Cenin düşərgəsinin küçələrinin asfaltını dağıtmaları
İsrail qüvvələri tərəfindən dağıdılan Cenin düşərgəsinin giriş tağının şəkli

Saraya əl-Qüds Cenin batalyonu: “İşğalçıların bu gün səhər Cenin düşərgəsindəki əməliyyatının uğursuz olduğunu vurğulayırıq. Həmçinin bu genişmiqyaslı qarşıdurma zamanı təfərrüatları daha sonra açıqlanacaq bir neçə düşmən qüvvəsi öldürülüb və yaralanıb”.

Daha çox oxuyun: İsrailin Ceninə hava hücumu + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir