Deyr əz-Zor əyalətində Amerikanın mövqelərinə raket hücumu

Bazar 29 Oktyabr 2023 - 15:04
https://az.iswnews.com/?p=27765

Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqeləri müqavimət qruplarının raketləri ilə hücuma məruz qalıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə, müqavimət qrupları Suriyanın Deyr əz-Zor əyalətində yerləşən Ömər neft yatağında Amerika koalisiyasının mövqelərini hədəfə alıb.

Hələlik heç bir qrup bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin təhlilinə əsasən, bu, Amerikanın Ömər neft yatağındakı bazasına üçüncü raket hücumu və son günlər Suriyadakı Amerika mövqelərinə qarşı on ikinci raket hücumudur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir