Qəzzada və Fələstinin şimalında hərbi vəziyyətlə bağlı son xəbərlər, 28 Oktyabr 2023

Şənbə 28 Oktyabr 2023 - 23:58
https://az.iswnews.com/?p=27761

Fələstində müharibənin başlamasının 22-ci günündə Qəzza zolağı ətrafında toqquşmalar və döyüşlər davam edir. Fələstinli döyüşçülər gün çıxana qədər Qəzza zolağının şimalındakı Hanun və Qəzza zolağının şərqindəki Əl-Bric arasındakı cəbhələrdə İsrail qüvvələrinin bütün gecə hücumlarını dəf edib. Gün ərzində qarşıdurmaların intensivliyi xeyli azalıb və toqquşmalar çox dağınıq və fasiləli şəkildə müşahidə olunub.

Sahə dəlilləri və Qəzza zolağının daxilindən ötürülən məlumatlara görə, İsrail rejimi qüvvələri qeyd olunan cəbhələrdə irəliləməyə nail ola bilməyib və vəziyyət hələ də stabildir.

İsrail qüvvələri və Fələstin müqavimət qüvvələrinin itkilərinin miqdarı barədə məlumat yoxdur. Kətaib əl-Qəssam dünən gecə baş verən qarşıdurmaların və İsrail ordusuna məxsus “Panter” zirehli personal daşıyıcısının Əl-Şucai məhəlləsinin şərqində idarə olunan raketlə hədəfə alınmasının videosunu yayımlayıb. Bu hücumda 9 İsrail əsgərinin öldüyü və yaralandığı ehtimal edilir.

Əl-Şucaiyyə məhəlləsinin şərqində İsrail ordusuna məxsus zirehli personal daşıyıcısını idarə olunan raketlə hədəf alınması

Qeyd edək ki, İsrail rejiminin hakimiyyət orqanları Qəzza zolağında davam edən quru əməliyyatları üçün konkret qrafiki dəqiqləşdirməyib. Əslində İsrail rejiminin səlahiyyətliləri bu əməliyyatın başladığını belə rəsmən açıqlamamaqla müqavimət cəbhəsinin digər tərəflərindən mümkün cavab və reaksiyaları gecikdirməyə çalışırlar.

Şənbə gününün son saatlarından etibarən İsrail ordusu Beyt Hanun cəbhəsində yeni hücum dalğasına başlayıb və fələstinli döyüşçülər bu hücumları dəf edirlər.

Bu gün daha bir mühüm hadisə fələstinli döyüşçülərin Qəzza zolağının şimalındakı Zikim bölgəsinə yenidən sızmasıdır. Fələstin müqavimət qüvvələrinin Zikim bölgəsinə daxil olmasının ardınca İsrail ordusu bu bölgənin sakinlərindən növbəti xəbərdarlığa qədər sığınacaqlarını və evlərini tərk etməmələrini istəyib. İsrail ordusunun hərbi gücünün böyük hissəsini bu əraziyə yönəltdiyi və bölgənin səmasının və yerinin İsrail ordusunun daimi nəzarətində olduğu bir vaxtda Fələstin qüvvələrinin işğal olunmuş ərazilərə yenidən daxil olması başqa bir kəşfiyyat və məlumat əməliyyatları kimi, İsrailin hərbi uğursuzluğunu göstərir.

İsrail rejiminin qırıcıları və artilleriyasının Qəzzanın müxtəlif bölgələrini ağır bombardmanları davam edir. İsrail rejimi ötən gecə Qəzza zolağında 150 nöqtəni bombaladığını açıqlayıb. Qəzza zolağında dəyən ziyan və dağıntıların miqdarı misilsizdir. Fələstin Səhiyyə Nazirliyi Qəzzada şəhidlərin sayının 7703-ü keçdiyini, yaralıların sayının isə 17743-ü keçdiyini açıqlayıb. İordan çayının qərb sahilində ən azı 111 fələstinli şəhid olub, 1950-dən çox insan isə yaralanıb.

İsrail rejiminin Qəzza zolağına hücumlarına cavab olaraq Fələstin müqavimət qrupları bir neçə dəfə raket hücumları ilə Qəzza zolağının ətrafındakı qəsəbələrlə yanaşı, Tel-Əviv kimi uzaq bölgələri də hədəfə alıblar.

Şimal cəbhəsində toqquşmalar ötən günlərdə olduğu kimi artilleriya, raket hücumları şəklində davam edib. Hizbullah bir neçə dəfə artilleriya və zirehli raketlərlə işğalçı İsrail qüvvələrinin mövqelərini hədəfə alıb. İsrail rejimi ordusu həmçinin Livanın cənubundakı Misra, Hula, Mis əl-Cəbəl, Əl-Dahira, Yarin, Ramieh, Əl-Nəqurah, Halta və Beyt Leif kimi kəndləri və sərhəd bölgələrini artilleriya və qırıcılardan istifadə edərək bir neçə dəfə hədəfə alıb.

Livanın cənubunda və işğal olunmuş Fələstinin şimalında hücuma məruz qalan ərazilərin yeri – tam ölçüdə baxmaq üçün klikləyin

Daha çox oxuyun: Qəzzada və Fələstinin şimalında hərbi vəziyyətlə bağlı son xəbərlər, 27 Oktyabr 2023

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir