Ərdoğan: Qəzzanı müdafiə edirik!
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Fələstinə dəstək yürüşündə təəccüb doğuran və düşündürücü açıqlama verib: “Burada biz təkcə Qəzzanın məhvini pisləmirik, həm də müstəqilliyimizi və gələcəyimizi müdafiə edirik. Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana, Əfqanıstandan Çeçenistana qədər bir çox bölgənin xalqı üçün göz yaşı tökür, müxtəlif bölgələrdəki qardaş və bacılarımızın acılarına şərik olduğumuz kimi, Qəzzanı da müdafiə edirik. Mən HƏMAS-ın terror qruplaşması olmadığını deyəndə İsrail çox üzüldü. Əsəbləşəcəklərini bildiyimiz üçün bunu aydın şəkildə dedik. Qərb sizə borcludur, amma Türkiyə sizə borclu deyil. Ona görə də biz sərbəst danışırıq. Türkiyənin sizə borcu olmadığı üçün Ərdoğan belə danışır”.
Qeyd: Qeyd edək ki, Türkiyə kommersiya yükləri son günlər heç bir fasilə və problem olmadan İsrailə çatdırılıb. Həmçinin Türkiyənin yüksək rütbəli hərbçiləri İsrailə qarşı müqavimət qruplarının raket və pilotsuz təyyarə hücumlarının dəf edilməsində iştirak etdiyini etiraf ediblər. Necə ola bilər ki, kimsə Fələstinin yanında olduğunu iddia edib, digər tərəfdən də İsraillə yaxın münasibətdə olub, NATO-nun xidmətində olan hərbi və kəşfiyyat bazaları İsrailə xüsusi xidmətlər göstərə bilər?
Rəy