Qəzza zolağı ətrafında ara-sıra döyüşlər davam edir + VİDEO

Şənbə 28 Oktyabr 2023 - 13:35
https://az.iswnews.com/?p=27728

İsrail ordusu ilə Fələstin müqavimət qüvvələrinin quru toqquşmaları qarşılıqlı atışma və artilleriya hücumları ilə davam edir.

İsrail ordusu son 24 saat ərzində Qəzza zolağında müqavimət qruplarına aid hədəflər, o cümlədən qərargahlar və yeraltı tunellər də daxil olmaqla ən azı 150 nöqtəni bombaladığını açıqlayıb.

Qərb mediasının İsrail qüvvələrinin Qəzza zolağına mərkəzdən daxil olması ilə bağlı iddialarına baxmayaraq, hazırda İsrail quru qüvvələrinin Qəzza zolağına daxil olub-olmaması bəlli deyil.

Saraya Əl-Qüds də açıqlamasında bildirib ki, bu gün səhərdən etibarən İsrail ordusunun quru qüvvələrinin Kisofim, Magen və Nireuz qəsəbələrindəki mövqeləri və toplanışları raket hücumuna məruz qalıb.

Bu gün səhər Qəzza zolağının şimal cəbhəsindəki vəziyyət
İsrail ordusunun Qəzza zolağı ətrafında quru hərəkətlərinin videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir