Müqavimət qüvvələrinin Ət-Tənəf bölgəsindəki Amerika bazasına dron hücumu olub
Suriyadakı Amerika terrorçu ordusuna aid Ət-Tənəf bazası İraq İslam Müqaviməti qüvvələrinin dronlarının hücumu ilə hədəfə alınıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, oktyabrın 28-də Suriyanın Homs əyalətində yerləşən Ət-Tənəf bölgəsindəki Amerika işğalçı ordusunun hərbi bazası müqavimət qruplarının dronlarının hücumu ilə hədəfə alınıb.
İraq İslami Müqaviməti amerikalı terrorçuların Ət-Tənəf bölgəsindəki hərbi bazasına edilən hücumun məsuliyyətini öz üzərinə götürərkən bəyanat yayaraq, bu hücumun iki dron vasitəsilə həyata keçirildiyini açıqlayıb.
İslam Dünyası Xəbərləri araşdırmasına əsasən, bu, ABŞ-ın Ət-Tənəfdəki bazasına üçüncü dron hücumu və son günlər Suriyadakı Amerika mövqelərinə edilən on birinci hücumdur.
Rəy