ABŞ Suriyadakı müqavimət bazalarına hava zərbələri endirib
![](https://az.iswnews.com/wp-content/uploads/2023/10/Pentagon.jpg)
ABŞ Müdafiə Nazirliyi ABŞ prezidentinin göstərişi ilə Suriyadakı müqavimət qruplarına aid iki bazaya qarşı hücumlar təşkil etdiyini açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, ABŞ-ın müdafiə naziri Lloyd Ostin oktyabrın 27-də ölkə ordusunun Suriyada müqavimət qruplarına aid iki bazaya qarşı hücumlar təşkil etdiyini açıqlayıb.
Amerika Birləşmiş Ştatlarının Müdafiə Naziri bəyanatında bildirib: “Prezident Co Baydenin göstərişi ilə Amerika qüvvələri Suriyanın şərqində İranyönlü qrupların istifadə etdiyi iki obyektə hücumlar həyata keçirib”.
Bununla bağlı daha ətraflı məlumat verilməyib, lakin bu hücumların Amerika ordusunun F-16 qırıcıları tərəfindən həyata keçirildiyi və amerikalıların hədəfinin Əl-Məyadin və Əl-Bukamal şəhərlərindəki silah və sursat ehtiyatları yerləri olduğu bildirilir.
Pentaqon bu təcavüzkar hücumları müqavimət qruplarının Suriya və İraqda Amerika işğalçı qüvvələrinə qarşı əməliyyatlarına cavab olaraq həyata keçirdiyini iddia edir.
Rəy