Qarabağ bölgəsində baş verən son hadisələr, 22 Oktyabr 2023

Bazar 22 Oktyabr 2023 - 23:58
https://az.iswnews.com/?p=27612

Son bir neçə gündə Qarabağ bölgəsində baş verən hadisələr

  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarabağda antiterror əməliyyatı kimi tanınan bir günlük hərbi əməliyyatı qarşıya qoyulan məqsədlərə nail olmaqla başa çatıb.
  • Sentyabrın 28-də Artsax Respublikası kimi tanınan inzibati təşkilat rəsmi olaraq ləğv olunduğunu elan etdi və nəzarətində olan idarələri Azərbaycan Respublikası hökumətinə təhvil verdi.
  • Qarabağda yaşayan Ermənistan vətəndaşları demək olar ki, bu bölgəni tamamilə tərk edərək Ermənistana gediblər. Azərbaycan Respublikası hökuməti tərəfindən vətəndaşlıq almaq müqabilində həmin vətəndaşların müdafiəsi ilə bağlı təminat verilsə də, Qarabağ ermənilərinin etnik zorakılıq qorxusundan bu bölgəni tərk etdikləri bildirilir. Bildirilir ki, qondarma Artsax hökuməti həyatının son günlərində vətəndaşları Qarabağı tərk etməyə təşviq edib.
  • Qondarma Artsax hökumətinin başçılarının bəziləri Laçın dəhlizini keçərək Ermənistana gedərkən Azərbaycan Respublikasının sərhədçiləri tərəfindən həbs edilib. Özünü Artsaxın prezidenti elan edən Araik Harutunyanın və bu hökumətin daxili işlər naziri Ruben Vardanyanın adları həbs olunanların adları arasındadır.
  • Oktyabrın 15-də İlham Əliyev Xankəndi şəhərinə ilk rəsmi səfəri zamanı bu şəhərin mərkəzində Azərbaycan Respublikasının bayrağını qaldırdı və Qarabağın tamamilə Azərbaycan Respublikası ərazisinə qaytarıldığını bildirdi.
  • Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov üstüörtülü şəkildə “Zəngəzur dəhlizi” layihəsinin ləğvini bəyan edib və Qarabağ bölgəsinin Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya marşrutunun İran ərazisindən keçəcəyini bəyan edib. Bu məqsədlə İran İslam Respublikasının yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş Azərbaycan Respublikasına səfəri zamanı azərbaycanlı həmkarı ilə birlikdə Araz çayı üzərində iki yeni körpünün tikintisi layihəsinə start verib.
  • Oktyabrın 4-də Azərbaycan və Ermənistan respublikalarının nümayəndələri Tehranda 3+3 formatında danışıqların keçirilməsinə hazırlıq məqsədilə İran prezidenti İbrahim Rəisi ilə görüşüb müzakirələr aparıblar. Bu danışıqlar regional mübahisələrin həlli məqsədilə üç Qafqaz respublikasının (Azərbaycan, Ermənistan, Gürcüstan) və üç ölkə Rusiya, İran və Türkiyənin iştirakı ilə Tehranda keçiriləcək.
  • Oktyabrın 20-də Füzuli rayonunda minanın partlaması nəticəsində bir nəfər həlak olub, bir nəfər yaralanıb.
  • Oktyabrın 22-də Qarabağ və Naxçıvanda Azərbaycan Respublikası və Türkiyə silahlı qüvvələrinin birgə təlimi başlayıb.
Qarabağ bölgəsinin Azərbaycan Respublikasının tam nəzarətinə keçməsindən sonra bölgənin son vəziyyəti – Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir