İsrailin raket hücumu Dəməşq və Hələb hava limanlarını sıradan çıxarıb + XƏRİTƏ

Bazar 22 Oktyabr 2023 - 14:08
https://az.iswnews.com/?p=27575

İsrail ordusu bir neçə raket ataraq Dəməşq və Hələb hava limanlarına hücum edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Suriya Müdafiə Nazirliyi hücumun bu gün səhər saat 5:25-də (yerli vaxtla) Aralıq dənizindən Latakiyanın qərbindən və Suriyanın cənubunda işğal altında olan Colandan bir neçə raketin atılması ilə baş verdiyini açıqlayıb.

Bu hücumlar Dəməşq və Hələb hava limanlarının uçuş-enmə zolaqlarının zədələnməsi və onların fəaliyyət göstərməməsi, həmçinin Dəməşq hava limanında bir mülki işçinin şəhid olması və daha bir işçinin yaralanması ilə nəticələnib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir