Misir yük maşınları Rəfah sərhəd keçidindən keçiblər
Humanitar yardım daşıyan bir neçə Misir yük maşını Rəfah keçidinin Fələstin tərəfinə daxil olub və Qəzza yük maşınları yardımın daşınması üçün gözləyiblər.
Bu yüklərin böyük bir hissəsini dərmanlar təşkil edir və Fələstin hökumətinə görə, bu yardımlar Qəzza zolağının təcili ehtiyaclarını ödəmir və bu səbəbdən də Rəfah keçidinin daimi olaraq yenidən açılması tələbi gündəmə gətirilib.
Həmçinin Qəzzadakı xəstəxanalar ağır yaralıların bəzilərinin xaricə köçürülməsinə icazə verilməsini tələb ediblər. Bu xəstəxana mərkəzləri bildiriblər ki, kifayət qədər tibbi imkanlar və avadanlıqlar olmadığı üçün Qəzza zolağında bu yaralıları müalicə etmək mümkün deyil.
Fələstin Qızıl Aypara Cəmiyyəti həmçinin Qəzza zolağındakı xəstəxanaların fəaliyyətlərini davam etdirmələri üçün təcili yanacağa ehtiyac duyduqlarını, lakin hələ də onlara yanacaq idxal etmələrinə icazə verilmədiyini açıqlayıb. Fələstin Qızıl Aypara Cəmiyyəti beynəlxalq ictimaiyyətdən yanacağın idxalına görə təzyiq etməsini istəyib.
Rəy