Livanla sərhəd rayonlarının boşaldılması; İsrail Hizbullahla genişmiqyaslı müharibəyə hazırlaşır!
Sionist medianın məlumatına görə, Livan sərhədi yaxınlığında işğal altında olan 28 yaşayış məntəqəsindən 27 min mühacir təxliyyə edilib. Sərhəd yaşayış məntəqələrinin evakuasiya əməliyyatının ən böyük hissəsi 23 min köçkünün daxil olduğu işğal edilmiş Kiryat Şmone qəsəbəsi ilə bağlıdır.
İşğal olunmuş Fələstinin Livanla sərhəd bölgələrinin boşaldılması sionist rejimin hərbi kabinetinin oktyabrın 18-də keçirilən iclasında təsdiqlənmiş sərəncamdır. Bu sərəncama əsasən, köçkünlər Livan sərhədindən beş kilometr məsafəyə qədər bütün sərhədyanı əraziləri boşaltmalı və işğal olunmuş Fələstinin digər yaşayış məntəqələrinə köçməlidirlər. Bu plan Livanın cənubunda Hizbullah və müqavimət qrupları ilə mümkün müharibədə mülki əhalinin itkilərinin qarşısını almaqdır.
Rəy