Qüdsə girən Əl-Qəssam paraşütçülərinin şəkli olan Əl-Qaidə broşürü!
19 səhifəlik broşürdə Əl-Qaidə Səğir (Əl-Qaidənin Hindistan yarımadasındakı qolu) Əl-Əqsa Fırtınası əməliyyatı və onun nəticələrindən bəhs edir.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, “Əl-Qaidə”nin Hindistan yarımadasındakı qolunun jurnal və broşürlərini nəşr edən “Navai Qazza Əl-Hind” mediasının 19 səhifəlik broşürü “Qalanı sizdən asılıdır” adı altında yayımlandı.
Urdu dilində yazılmış bu broşürün müəllifi Muinuddin Şamidir və onun üz qabığında Kətaib əl-Qəssam batalyonlarının işğal altında olan Qüdsdəki Qubbətus-Səxrə günbəzinin fonunda daxil olmasını əks etdirən poster var.
Bu broşürün müəllifi Əl-Əqsa Fırtınası əməliyyatını tərifləməklə yanaşı, Əl-Qaidənin kafirlərə qarşı cihada yanaşmasını təkrarlayır. Bu yanaşmada Əndəlusun xristianlar tərəfindən süqutundan sonra müsəlmanlara qarşı cihad mütləq və vacib vəzifə sayılır. Muinuddin Şami daha sonra İslam dünyasının müstəmləkəçiliyi və Avropa müstəmləkəçilərinin qərbdə Mərakeşdən İslam dünyasının şərqində İndoneziyaya qədər hökmranlığı dövrünü müzakirə edir və o, həmçinin Səudiyyə Ərəbistanı hökumətini tənqid edir və Yəhudi və Xristiyanların iki Müqəddəs Məscidin (Məkkə və Mədinə şəhərlərində) yanında olması ilə birgə fahişəliyin həmin ətraflarda yayılmasını da ortaya qoyur.
Bu broşürün müəllifi həmçinin bu günlərdə sionist rejimin Qəzzəyə qarşı bombardmanlarını İkinci Dünya Müharibəsinin sonunda Xirosima və Naqasakiyə atılan bombalarla müqayisə edir.
Bu broşürda Hindistan yarımadasındakı Əl-Qaidə dünyanın müxtəlif bölgələrində, o cümlədən Pakistan, Kəşmir, Banqladeş, Yəmən, Mali, Əlcəzair, Suriya, Somali və s.-də cihadı gücləndirmək yollarından biri kimi Fələstində cihadı alovlandırmağı nəzərdən keçirmişdir. Qeyd edək ki, “Əl-Qaidə”nin Hindistan yarımadasındakı qolu daha əvvəl “Əl-Qaidə” təşkilatının digər qolları kimi “Əl-Əqsa Fırtınası” əməliyyatına dəstək bəyanatı dərc etmişdi.
Daha ətraflı: Əl-Qaidə, İŞİD və Talibanın Əl-Əqsa Fırtınası əməliyyatına reaksiyası + FOTO
Rəy