Azərbaycan Respublikası Xarici İşlər Naziri Fələstin məsələsi ilə bağlı mövqeyini açıqladı

Cümə axşamı 19 Oktyabr 2023 - 15:43
https://az.iswnews.com/?p=27478

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının iclasında Fələstin məsələsini şərh edərkən mövqeyini açıqlayıb.

O, bölgədə böhranın artmasından narahatlığını ifadə edərkən, tərəfləri sakitləşməyə və danışıqlara müraciət etməyə dəvət edib.

Həmçinin, iki dövlət modelini (Fələstin Milli İdarəsi və sionist rejimin eyni vaxtda tanınması) dəstəkləyən Bayramov əlavə edib: “Biz Fələstin xalqının öz suverenliyi uğrunda mübarizəsini dəstəkləyirik və Şərqi Qüdsü müstəqil Fələstin dövlətinin paytaxtı kimi tanıyırıq”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir