ABŞ ordusunun Eyn Əl-Əsəddəki mövqelərinə dron zərbələri endirilib

Çərşənbə 18 Oktyabr 2023 - 14:04
https://az.iswnews.com/?p=27463

Reuters xəbər agentliyi amerikalı rəsmilərə istinadən İraqın qərbindəki Eyn Əl-Əsəd bazasına dron hücumu barədə məlumat yayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Reuters xəbər agentliyi Amerika rəsmilərinə istinadən İraqın Əl-Ənbar əyalətində yerləşən Eyn Əl-Əsəd bazasına dron hücumunu iddia edib.

Bu xəbərə görə, iki ABŞ rəsmisi Reuters ilə söhbətində ABŞ ordusunun Eyn Əl-Əsəd bazasında ABŞ qüvvələrinə qarşı dron hücumunun qarşısını aldığını açıqlayıb. Amerikalıların sözlərinə görə, hücum edən dronlar hədəfləri vurmazdan əvvəl ələ keçirilib və məhv edilib.

Bununla bağlı daha ətraflı məlumat dərc olunmayıb və hələlik heç bir şəxs və ya qrup bu hərəkətə görə məsuliyyəti üzərinə götürməyib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir