İşğal olunmuş Fələstinin şimal sərhəd bölgələrində Hizbullah və İsrail arasında münaqişə + XƏRİTƏ və VİDEO

Çərşənbə axşamı 17 Oktyabr 2023 - 23:15
https://az.iswnews.com/?p=27429

Livan Hizbullahı ilə sionist rejim ordusu arasında bugünkü toqquşmalar Livan və işğal olunmuş Fələstinin sərhəd bölgələrində daha şiddətli və atışmalarla davam edib. Bu toqquşmalarda Hizbullah İsrailin toplanışlarını, müdafiə mövqelərini və hərbi texnikasını hədəfə alıb və İsrail ordusu müqavimətin hücumlarına artilleriya hücumları və yandırıcı fosfor bombaları ilə cavab verib.

Müqavimət qüvvələri ilə atışma və qarşıdurmalarda İsrail ordusu Livanın cənubundakı Aitron, Əlbustan, Misra, Ramieh, Maruhin və Dhahira bölgələrinə top və yandırıcı fosfor bombaları ilə hücum edib. Bu hücumlar nəticəsində “Hizbullah”ın 4 üzvü şəhid olub. Həmçinin Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Livandakı nümayəndəliyi İsrail ordusunun Livanın cənubunda yerləşən Ulamə əş-Şaab qəsəbəsinə artilleriya hücumları nəticəsində 4 fələstinli mülki vətəndaşın şəhid olduğunu açıqlayıb.

Sionist rejim ordusunun sərhəd bölgələrinə hücumlarına cavab olaraq Hizbullah və Fələstin müqavimət qüvvələri İsrailin mövqeləri, tankları və müdafiə vasitələrinə bir neçə idarə olunan raketlə zərbə endiriblər. Hizbullahın verdiyi məlumata görə, bu toqquşmalarda Ştola kəndində bir Merkava tank birliyi, Ramim bölgəsində İsrail hərbi forpostu, İsrail ordusuna məxsus avtomobil Matula bölgəsində (Əl-Mutla), İsrail ordusunun Kiryat Şemune bölgəsindəki mövqeləri və İsrail əsgərlərinin bölgə sərhəddində toplaşdığı Ramya və bir qrup İsrail əsgərinin Beyaz Bəlidə bölgəsi sərhəddində toplaşdığı yer idarə olunan raketlə hücuma məruz qalıb. Hizbullah iddia edir ki, Ramya sərhəddində israillilərin toplanışına hücum nəticəsində 2 nəfər mütləq ölüb, 1 nəfər yaralanıb.

Bu hücumlardan sonra İsrail işğal altındakı Fələstinin şimalında yerləşən Kiryat Şemune və Metula sərhəd bölgələrinin sakinlərindən sığınacaqlara getmələri istənilib.

Livan Hizbullahının sionist ordusunun maşınını sərhəddəki Matula (Əl-Mətlə) kəndində hədəf alan videosu
Sərhəddəki Əl-Mətlə kəndində Hizbullahın idarə olunan raketi ilə vurulan İsrail avtomobilinin görüntüsü
Livanın cənubunda yerləşən Əl Tayba kəndinə İsrailin Dəmir Qübbə sistemindən raket uğursuz düşüb.
İşğal olunmuş Fələstinin şimal sərhəd bölgələrində Hizbullah qüvvələri ilə sionist ordu arasında kütləvi toqquşmalar
İsrailin Livanın cənubunda sərhəd bölgələrinə yandırıcı fosfor bombaları ilə hücumları

İşğal olunmuş Fələstinin şimalında toqquşmalar artmaqda davam edir, İsrail qırıcıları hələ də Qəzza zolağının müxtəlif ərazilərini ağır bombardmanlarla dağıdır. Sionist mediası İsrail Hərbi Hava Qüvvələri və ABŞ ordusunun hərbi nəqliyyat təyyarələrinin sionist rejimin hava limanlarına enişini elan edib. Bu təyyarələrdən birinin yükünün minlərlə gülləkeçirməz jilet olduğu bildirilir. Bu məsələ, general Kurilanın Təl-Əvivə səfəri və Cozef Baydenin gözlənilən səfəri ilə yanaşı, İsrailin ABŞ-ın köməyi ilə Qərbi Asiya regionunda daha geniş müharibəyə hazırlaşdığını göstərir.

Hizbullah və İsrail ordusu arasında toqquşmaların yeri və istiqaməti / tam ölçüdə göstərmək üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir