Sionist rejimin hücumlarında 14 fələstinli jurnalist şəhid olub

Bazar ertəsi 16 Oktyabr 2023 - 22:03
https://az.iswnews.com/?p=27375

Fələstin Jurnalistlər Birliyi Əl-Əqsa Fırtınası döyüşünün başladığı gündən Qəzzanın bombalanması nəticəsində 11 fələstinli jurnalistin şəhid olduğunu, 20-dən çox jurnalistin isə yaralandığını və İki jurnalistin də itkin düşdüyünü açıqlayıb.

Qeyd edək ki, hazırda 1000-ə yaxın fələstinlinin cəsədi hələ də bombalanmış evlərin dağıntıları altında qalıb və xilasetmə qüvvələri imkan olmadığından bu cəsədləri dağıntılar altından çıxara bilmir.

Fələstin Jurnalistlər Birliyinin açıqlamasından saatlar sonra daha üç fələstinli jurnalist də şəhid olub. Bununla da jurnalist şəhidlərin sayı 14 nəfərə yüksəlib.

Qeyd edək ki, bir neçə gün əvvəl sionist ordusunun Livan sərhədində jurnalistlər və operatorların yerləşdiyi yerə hücumu nəticəsində “Reuters” xəbər agentliyinin fotoqrafı İsam Abdullah şəhid olub, bir neçə nəfər isə yaralanmışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir