İsrail ordusu yeni itkilərinin adlarını açıqlayıb

Bazar ertəsi 16 Oktyabr 2023 - 20:12
https://az.iswnews.com/?p=27351

Sionist rejim Ordusu Fələstinin şimalında və cənubunda son döyüşlərdə həlak olan daha iki əsgərin adını açıqlayıb.

Leytan Ameti Zvi Qarnot (şəkil sağda) dünən Hizbullahın Moşav Azurit yaxınlığındakı Nourit keçid məntəqəsi yaxınlığında tank əleyhinə raketlə hücumu zamanı, çavuş Daniel Rəşid də döyüşün üçüncü günündə, ehtimal ki, Qəzza zolağı ətrafında öldürülüb.

Belə ki, İsrail ordusunun yaydığı məlumata görə, Qəzzada müharibə başlayandan bəri bu rejimin “hərbi” ölümlərinin sayı 291 nəfərə çatıb.

Qeyd edək ki, Hizbullah ötən gün İsrail rejiminin Livanın cənubunda jurnalistləri və mülki vətəndaşları öldürüb yaralamasına cavab olaraq Livan sərhədi yaxınlığında bir İsrail qarnizonu və 5 hərbi bazanı hədəf aldığını açıqlamışdı.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir