Şimali Fələstində artan münaqişə; İsrailin fosfor bombalarına müqavimət raketləri cavab verdi + VİDEO
Fələstin müqavimət qrupları ən azı 30 raketlə Hayfanın şimalında İsrail ordusunun mövqelərinə hücum edib. Bu hücumdan sonra işğal altında olan Nəhariyyə və Qərbi Cəlil bölgəsinin Hayfanın şimalında yerləşən digər qəsəbələrində həyəcan sirenləri çalınıb.
Kətaib əl-Qəssam bəyanat yayımlayaraq Qərbi Qaliley bölgəsində raket hücumuna görə məsuliyyəti öz üzərinə götürdü.
Bu hücumlarla eyni vaxtda Hizbullah qüvvələri İsrail ordusunun Hanita sərhəd bölgəsindəki mövqelərinə də idarə olunan raketlə hücum edib. Bu hücum nəticəsində 5 İsrail əsgəri yaralanıb. Sionist medianın açıqlamalarına əsasən, İsrail ordusunun dünən səhər Hizbullahın hücumlarında verdiyi itkilər 1 ölü və 3 yaralı olub.
Livan Hizbullahı bu toqquşmalarla bağlı bəyanat yayıb və elan edib: “Sionist rejimin Üləma əş-Şəab və Şəba bölgələrində dinc əhaliyə qarşı hücumlarına cavab olaraq İslami müqavimət döyüşçüləri dünən axşam iki Merkava tankı və bir personal daşıyıcısını məhv ediblər. Hanita bölgəsində idarə olunan raketi hədəfə aldılar və bu hücum zamanı bir neçə sionist əsgər öldürüldü və yaralandı”.
Hizbullahın hücumları nəticəsində verilən itkilərə cavab olaraq sionist ordu Livanın cənubunda yerləşən Eyta əş-Şaab bölgəsində baş verən qarşıdurmalarda yenidən yandırıcı fosfor bombalarından istifadə edib. İndiyə qədər beynəlxalq təşkilatlar və Qərb dövlətləri İsrailin bu qadağan olunmuş silahlardan istifadə etməsinə qarşı heç bir mövqe tutmayıb.
Rəy