Fələstin müqavimət qüvvələrinin İordan çayının qərb sahilində yeni hücumları başlayıb
Saraya əl-Qüdsün sözçüsü Əbu Həmzə İordan çayının qərb sahilində müqavimət qüvvələrinin yeni mərhələ hücumlarının təfərrüatlarını açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Fələstin İslami Cihadın hərbi qolu olan Saraya əl-Qüdsün sözçüsü Əbu Həmzə verdiyi açıqlamada bu qüvvələrin mühəndis bölməsinin bir neçə partlayış həyata keçirməyə müvəffəq olduğunu vurğulayıb. Bu qüvvələrin sionist rejim təhlükəsizlik qüvvələrinin maşınlarının yolundakı əməliyyatlar nəticəsində bir neçə İsrail əsgəri həlak olub və yaralanıb.
O, İsrailə qarşı müqavimət hücumlarının inkişafını vurğulayaraq deyib: “Cənin batalyonunun döyüşçüləri bu gün səhər Cenin şəhərində də sionist rejimin təhlükəsizlik qüvvələri ilə toqquşdular”.
Rəy