Yəmənin Dəməşqdəki səfirliyi tezliklə bağlanacaq

Cümə axşamı 12 Oktyabr 2023 - 14:11
https://az.iswnews.com/?p=27103

Suriya hökumət rəsmiləri Yəmənin Qurtuluş Hökumətinin bu ölkənin Dəməşqdəki səfirliyindəki nümayəndələrinə məlumat veriblər ki, onlar buranı boşaltmalıdırlar.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Suriya hökumət rəsmiləri Yəmənin Suriyadakı səfiri Abdullah Səbrini ölkənin Dəməşqdəki səfirlik binasının boşaldılması və yəmənli diplomatların ölkəni tərk etməli olduqları barədə məlumat veriblər.

Yəmənin Dəməşqdəki səfirliyi son səkkiz ildir ki, Yəmənin Qurtuluş Hökumətinin nümayəndələri tərəfindən idarə olunur. Yəmənin səfiri Abdullah Səbrinin ötən həftə müalicə bəhanəsi ilə Dəməşqi tərk edərək Livanın paytaxtı Beyruta getdiyi də bildirilir.

Şübhəsiz ki, BƏƏ ilə Suriya hökuməti arasında münasibətlərin artması, eləcə də istefa vermiş hökumət rəsmiləri ilə Suriya Xarici İşlər Nazirliyinin rəsmiləri arasında son məsləhətləşmələr suriyalıların Yəmən hökuməti nümayəndələrin ölkədən çıxarılması istiqamətindəki hərəkətinə təsirsiz deyil.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir