Qəzza zolağı ətrafındakı son hərbi vəziyyətin xəritəsi, 11 Oktyabr 2023

Çərşənbə 11 Oktyabr 2023 - 23:42
https://az.iswnews.com/?p=27095

Döyüşlərin beşinci günündə Fələstin müqavimət qrupları Qəzza zolağının şimal cəbhəsindən Sderot qəsəbəsi və Zikim bölgəsinə növbəti hücuma keçib.

Bu hücum nəticəsində naməlum sayda İsrail ordusunun hərbçisi ölüb və yaralanıb. İsrail ordusu, həmçinin Zikim bölgəsində müqavimət qüvvələrinin 8 itki verdiyini bildirib.

Həmçinin bir sıra müqavimət qüvvələri (ehtimal ki, dəniz yolu ilə) bu cəbhənin dərinliyinə nüfuz etməyə müvəffəq olub Aşkelon şəhərinə daxil olublar.

Qəzzanın digər cəbhələrində isə xüsusi quru əməliyyatları aparılmayıb. Müqavimət qüvvələri Qəzza zolağı ətrafındakı bütün yaşayış məntəqələrindən geri çəkilib və qarşıdurmalar üzbəüz hücumlar şəklində aparılır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir