SDQ iddia edir: Ən azı 9 Türkiyə əsgəri həlak olub və yaralanıb!

Cümə axşamı 12 Oktyabr 2023 - 08:06
https://az.iswnews.com/?p=27078

Suriya Demokratik Qüvvələri Suriyanın şimalında Türkiyə ordusunun mövqelərini hədəfə alması nəticəsində 9 Türkiyə əsgərinin həlak olduğunu və yaralandığını iddia edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Suriya Demokratik Qüvvələri (SDQ) oktyabrın 10-da Türkiyə ordusunun Suriyanın şimalındakı mövqelərini hədəf alması nəticəsində ən azı 9 Türkiyə əsgərinin həlak olduğunu və yaralandığını iddia edib.

Suriya Demokratik Qüvvələrinin media mərkəzi elan edib ki, SDQ qüvvələri Türkiyənin Suriyanın şimalına hücumlarına cavab olaraq, Ümmü Şaifə, Bab Əl-Fərəc, Təl Məhəmməd, Əl-Davudiyyə və Əbdül-Əl-Həyy bölgələrində Türkiyə ordusunun mövqelərini hədəfə alıb və bu hücumlar nəticəsində 4 əsgər həlak olub, 5 əsgər isə yaralanıb.

Suriya Demokratik Qüvvələri son günlər cavab əməliyyatı başlayandan bəri ən azı 15 Türkiyə əsgərinin həlak olduğunu, daha 13 hərbçinin isə yaralandığını bildirib.

SDQ media mərkəzi Türkiyənin 162 SDQ qüvvəsinin öldürüldüyü və 194 hərbi bazanın məhv edildiyi barədə iddiasını rədd edərək, bunu “yalan və düz olmayan məlumat” hesab edib.

Qeyd edək ki, oktyabrın 5-dən 9-dək Türkiyə ordusunun qüvvələri Suriyanın şimalında və şimal-şərqində hərbi qərargahlar, yaşayış məntəqələri, infrastruktur obyektləri daxil olmaqla 209 məntəqəni hədəfə alıb. Nəhayət, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 9-da Türkiyənin Suriya və İraqın şimalında PKK terror qruplaşmasının mövqelərinə qarşı əməliyyatının birinci mərhələsinin başa çatdığını açıqladı.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir