Qəzza zolağının şimal cəbhəsində Fələstin qüvvələri geniş hücuma keçdi

Çərşənbə 11 Oktyabr 2023 - 22:16
https://az.iswnews.com/?p=27072

Bu gün Fələstin müqavimət qrupları Qəzza zolağının şimal cəbhəsindən işğal altında olan Sdirut şəhəri və Zikim bölgəsinə növbəti silahlı hücuma keçib.

Bu hücum nəticəsində naməlum sayda İsrail ordusunun hərbçisi ölüb və yaralanıb. İsrail ordusu həmçinin Zikim bölgəsində müqavimət qüvvələrinin 8 itki verdiyini bildirib.

Həmçinin, bir sıra müqavimət qüvvələri (ehtimal ki, dəniz yolu ilə) bu cəbhənin dərinliyinə nüfuz edə bilib, Aşkelon şəhərinə daxil olublar. Hazırda işğal olunmuş bu qəsəbədə münaqişə davam edir və İsrail ordusu bu qəsəbənin sakinlərindən dərhal sığınacaqlara getməyi tələb edib.

Qəzza zolağının şimal cəbhəsində Fələstin müqavimət qüvvələrinin hücum istiqaməti / Tam ölçüdə göstərmək üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir