Livan Hizbullahı tərəfindən İsrailə məxsus aviadaşıyıcı məhv edilib + VİDEO
Livanın Hizbullah qüvvələri sionist rejim ordusunun Livanın cənub bölgələrinə hücumlarına cavab olaraq bu rejim ordusuna məxsus M113 hərbi aviadaşıyıcısını hədəfə alıb və məhv ediblər.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İsrail ordusu oktyabrın 10-da elan edib: “Livandan 15 raket atılıb, onlardan 4-ü müdafiə sistemləri tərəfindən məhv edilib, 10-u isə yaşayış olmayan ərazilərə düşüb. Bu hücuma cavab olaraq qüvvələrimiz Livan Hizbullahına məxsus iki müşahidə qülləsini hədəfə alıb”.
Bu toqquşmalardan sonra sionist rejimin 13-cü kanalı elan etdi ki, ordu Livanla sərhəddə yerləşən Motale qəsəbəsində yaşayan sionistlərdən dərhal evlərini tərk etmələrini istəyib.
İsrailin Livanın cənubuna hücumlarından bir neçə dəqiqə sonra Hizbullah hərəkatı bəyanat dərc edərək elan etdi ki, İsrail ordusunun Livanın cənubundakı Hizbullahın müşahidə qüllələrinə hücumlarına cavab olaraq İsrail ordusuna məxsus Zelda (M113) personal daşıyıcısı Əl-Sadh bazası yaxınlığında iki idarə olunan raketlə hədəfə alınıb.
Zelda (M113) zirehli daşıyıcısı 1972-ci ildə Yom Əl-Kəppur müharibəsi zamanı ABŞ tərəfindən sionist rejimə hədiyyə edilib. Bu daşıyıcının bütün növ qəlpələrə qarşı müqaviməti azdır. Bu personal daşıyıcı hava nəqliyyatı ilə uyğunlaşan çətin ərazilərdə əla manevr qabiliyyətinə malikdir. Zelda personal daşıyıcısı amfibiyadır və təhlükəli materiallara tab gətirmək və tank əleyhinə atəşə, yol kənarındakı bombalara və snayper atəşinə qarşı qorunmaq üçün dəyişdirilib.
Rəy