Livandan işğal olunmuş Fələstinin şimalına raket hücumu

Çərşənbə axşamı 10 Oktyabr 2023 - 19:47
https://az.iswnews.com/?p=27034

İvritdilli mənbələr işğal altındakı Fələstinin şimalındakı bəzi sionist yaşayış məntəqələrinin Livan tərəfdən raket hücumu ilə hədəf alındığını açıqlayıb. Bununla əlaqədar Əl-Ərəbi kanalı Livanın Tir şəhərinin Əl-Qəlilə bölgəsindən işğal olunmuş ərazilərə doğru 5 raket atıldığını açıqlayıb.

Sionist rejim televiziyasının 13-cü kanalı da elan edib ki, ordu işğal altındakı Fələstinin şimalına raket zərbələri endirməsinə cavab olaraq Livanın cənubuna artilleriya hücumu təşkil edir. Həmçinin, sionist milli radio silahlı müqavimət döyüşçülərinin Livan tərəfdən Qərbi Qəlilədəki Şlomi bölgəsinə daxil olması ehtimalını açıqlayıb.

Livanın cənubundan atılan raketlərdən birinin sionistlərin Şlomi qəsəbəsinə düşdüyü bildirilir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir