İnfoqrafik: Əl-Əqsa Fırtınası əməliyyatının nəticələri; üçüncü gün

Bazar ertəsi 9 Oktyabr 2023 - 23:34
https://az.iswnews.com/?p=27001

Fələstin müqavimət qrupları ilə sionist rejim arasında gedən döyüşlər zamanı 1100-dən çox israilli həlak olub, 2700-dən çox israilli yaralanıb və ən azı 200 israilli Fələstin hərbçiləri tərəfindən əsir götürülüb.

Fələstin müqavimət qrupları işğal olunmuş ərazilərə 6 mindən çox raket atıb.

Sderot, Kisofim, Mefalsim, Kfar Azza, Nahal Oz və Magen ətraf ərazilərində qarşıdurmalar davam edir. Əl-Qəssam batalyonlarının sözçüsü Əbu Ubeydə daha bir qrup Fələstin qüvvələrinin Aşkelon şəhərinə daxil olduğunu və onların təhlükəsizlik qüvvələri və İsrail ordusu ilə silahlı qarşıdurma apardığını açıqlayıb.

Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi Əl-Əqsa Fırtınası əməliyyatı və sionist rejimin Qəzza zolağına hava hücumlarının başlamasından bu yana 687 fələstinli və 3900 nəfərin yaralandığını açıqlayıb.

Daha ətraflı: İnfoqrafik: Əl-Əqsa Fırtınası əməliyyatının nəticələri; ikinci gün

Orijinal ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir