Qəzza zolağı ətrafındakı son hərbi vəziyyətin xəritəsi, 9 Oktyabr 2023
Fələstin qüvvələri ilə İsrail əsgərləri arasında toqquşmalar və döyüşlər ardıcıl üçüncü gündür ki, davam edir. Sionist rejim Ordusunun Qəzzə zolağı ətrafındakı bütün yaşayış məntəqələrini təmizləmək və geri almaq iddialarına baxmayaraq, döyüş meydanının xəritəsi çox dəyişməyib.
Döyüşlərin üçüncü günündə İsrail ordusu Qəzza zolağı ətrafındakı bütün yaşayış məntəqələrini nəzarətə götürdüyünü açıqlayıb. Lakin yerdəki faktlar bunun əksini deyir və döyüşlər davam edir.
Döyüş xətlərindəki yeganə dəyişiklik Qəzza zolağının şimalındakı Zikim bölgəsi və Zikim bazası və Qəzza zolağının cənubundakı Kərəm Əbu Salim keçidi və onun ətraf əraziləri ilə bağlıdır. İsraillilər Zikim bazasına nəzarəti bərpa etdiklərini iddia edirlər.
Xüsusilə Mefalsim, Kfar Azza, Nahal Oz, Beiri, Kisofim və Magen ətrafında təmas xəttlərinin bütün uzunluğu boyunca toqquşmalar davam edir.
Əhəmiyyətli Sdirot qəsəbəsində qarşıdurmalar davam edir. Əl-Qəssam Batalyonlarının sözçüsü Əbu Ubeydə bəyan edib ki, Əl-Qəssam Batalyonları döyüşün üçüncü günündə qüvvələrin qarşıdurma mövqelərində hərəkət etməsi məqsədi ilə növbəti müdaxilə əməliyyatı keçirməyə müvəffəq olub. O əlavə edib ki, bu gün Sdirot şəhərindəki mücahid qüvvələrimizə kömək etmək üçün bu şəhəri bir neçə raketlə hədəfə aldıq.
Həmçinin məlumatlara görə, Fələstin müqavimət qüvvələri işğal altındakı ərazilərin 20 kilometr dərinliyində yerləşən Mişmar Haniqif qəsəbəsinə növbəti dəfə nüfuz etməyə nail olub. Həmçinin Fələstin komando qüvvələri Aşkelon şəhərinə yenidən daxil olmağa nail olub. Sözügedən münaqişələrin taleyi ilə bağlı məlumat yoxdur.
İsrail ordusu cənub bölgələrinə qoşun və texnika göndərməkdə davam edir. Təsdiqlənməmiş məlumata görə, İsrail ordusu cənub bölgəsi üçün 100 minə yaxın əsgər hazırlayıb və səfərbər edib. Həmçinin Qərb mənbələri Amerika rəsmilərinə istinadən yazıblar ki, sionist Ordusu yəqin ki, yaxın 48 saat ərzində Qəzzə zolağına qarşı genişmiqyaslı quru əməliyyatına başlayacaq.
Bu hərəkatlarla eyni vaxtda Qəzza zolağının barbar və amansız bombalanması davam edir. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Əl-Əqsa Fırtınası döyüşü başlayandan indiyədək 687 fələstinli şəhid olub, 3900 nəfər isə yaralanıb.
Həmçinin İsrail mənbələri Əl-Əqsa Fırtınası döyüşünün başladığı gündən bu yana İsrail rejiminin müqavimət hücumlarında həlak olanların sayının 1100, yaralı sayının isə 2741 nəfərə çatdığını açıqlayıb.
Daha ətraflı: Qəzza zolağı ətrafındakı son hərbi vəziyyətin xəritəsi, 8 Oktyabr 2023
Rəy