Livan və işğal olunmuş Fələstin sərhədində atışma + VİDEO

Bazar ertəsi 9 Oktyabr 2023 - 17:37
https://az.iswnews.com/?p=26990

Yerli mənbələr Livan və işğal olunmuş Fələstin sərhədində silahlı qüvvələr və sionist rejim əsgərləri arasında atışma və toqquşmaların eşidildiyini bildiriblər. Sosial şəbəkələrdə yayımlanan videoda da İsrail əsgərlərinin naməlum silahlı qüvvələrlə döyüşdüyü görünür.

İvritdilli mənbələr İsrail ordusunun Hizbullahın müşahidə qülləsini və Livanın cənubundakı işğal olunmuş ərazilərə raket atıldığı yeri hədəf aldığını açıqlayıb. Livanın cənubundakı ərazilərin də İsrail ordusunun təyyarələri tərəfindən hədəfə alındığı bildirilir. Hələlik bu münaqişələrdə itkilər müəyyən edilməyib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir