İnfoqrafik: Əl-Əqsa Fırtınası əməliyyatının nəticələri; ikinci gün

Bazar 8 Oktyabr 2023 - 23:57
https://az.iswnews.com/?p=26943

Fələstin müqavimət qrupları ilə sionist rejim arasında gedən döyüşlər zamanı 700-dən çox israilli həlak olub, 2300-dən çox israilli yaralanıb və ən azı 200 israilli Fələstin hərbçiləri tərəfindən əsir götürülüb.

Fələstin müqavimət qrupları işğal olunmuş ərazilərə 6 mindən çox raket atıb.

Sderot, Kisofim, Mefalsim, Kfar Azza, Nahal Oz və Magen ətraf ərazilərində qarşıdurmalar davam edir. Əl-Qəssam batalyonlarının sözçüsü Əbu Ubeydə daha bir qrup Fələstin qüvvələrinin Aşkelon şəhərinə daxil olduqlarını və onların təhlükəsizlik qüvvələri və İsrail ordusu ilə silahlı qarşıdurma apardığını açıqlayıb.

Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi Əl-Əqsa Fırtınası əməliyyatının başlamasından və İsrailin Qəzza zolağına aviazərbələr endirməsindən bu yana 78-i uşaq, 41-i qadın olmaqla 413 fələstinlinin şəhid olduğunu, 2300 nəfərin isə yaralandığını açıqlayıb.

Orijinal ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir