Qəzza zolağı ətrafındakı son hərbi vəziyyətin xəritəsi, 8 Oktyabr 2023
Əl-Əqsa Fırtınası əməliyyatının ikinci günündə Fələstin müqavimət qüvvələri öz məqsədlərinə çatdıqdan və həmçinin sionist rejim hərbçiləri tərəfindən təzyiqləri artıraraq və mühasirə halqalarını sərtləşdirdikdən sonra bəzi azad edilmiş bölgələrdən geri çəkiliblər və tərəflər arasında şiddətli toqquşmalar gedir.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İsrail ordusunun irəliləməsi ilə Kətaib əl-Qəssam və Saraya əl-Qüds daxili qüvvələrə dəstək üçün bir sıra yardımçı qüvvələri sionist qəsəbələrə göndərib. Həmçinin müqavimətin raket və artilleriya bölmələri öz qüvvələrini dəstəkləmək və qorumaq məqsədilə İsrailin mövqe və qüvvələrinə qarşı bir neçə dəfə hücumlar təşkil edib.
Bununla əlaqədar olaraq Kataib əl-Qəssamın sözçüsü Əbu Ubeydə müqavimət artilleriya birləşmələrinin Sedirut yaxınlığında yerləşən müqavimət qüvvələrinə 100-dən çox raketlə dəstək verdiyini açıqlayıb.
Digər tərəfdən, bu hücumlara cavab olaraq İsrail ordusunun təyyarələri bir neçə dəfə hərbi və mülki əraziləri, eləcə də işğal altında olan Fələstinlə sərhəd bölgələrini hədəfə alıb, bu zaman bir neçə nəfər şəhid olub və yaralanıb.
Verilən xəbərlərə görə, HƏMAS-ın hərbi qanadı olan Kətaib əl-Qəssam qüvvələrinin hücumları Aşkelonda dayanıb və hazırda müqavimət qüvvələri Kisofim, Nahal Öz və Zikimdən bir neçə cərgə geri çəkilib. Daxili qüvvələrin geri çəkilməsindən sonra müqavimətin raket bölməsi qeyd olunan ərazilərdə İsrail qüvvələrinin mövqelərini raket hücumları ilə hədəfə alıb. Hazırda Sderot şəhərində, Kisofim, Mefalsim, Kfar Azza, Nahal Oz və Magen şəhərləri ətrafında qarşıdurmalar gedir və Fələstin mənbələrinin məlumatına görə, bu toqquşmalar nəticəsində bir neçə israilli həlak olub.
İslam Dünyası Xəbərlərinin araşdırmalarına əsasən, müqavimət qüvvələrinin irəliləməsi və İordan çayının qərb sahilindən on kilometr uzaqlıqda olması ilə bağlı yerli mətbuatda dərc olunan xəbərlər tamamilə yanlışdır və bu səhv bəzi KİV-lərin qeyri-standart xəritələrdən istifadə etmələrindən qaynaqlanır.
Rəy