Qəzza zolağı ətrafındakı son hərbi vəziyyətin xəritəsi, 8 Oktyabr 2023

Bazar 8 Oktyabr 2023 - 11:24
https://az.iswnews.com/?p=26859

Qəzza zolağı ətrafındakı sahədəki son dəyişikliklər və müqavimət qüvvələrinin irəliləməsinin araşdırılması

Əl-Əqsa Fırtınası əməliyyatının başlaması və müqavimət qüvvələrinin işğal olunmuş ərazilərin dərinliklərindəki sürətli irəliləyişlərindən sonra Qəzza zolağı ətrafında bir çox bölgə müqavimət qüvvələrinin nəzarətinə keçib. Gələcəkdə isə sionist ordu qüvvələrinin əks-hücumları ilə və qarşıdurmaların səngiməsindən sonra müqavimət qüvvələri bəzi yerlərdən taktiki olaraq geri çəkildi. Ona görə də indi təmas və münaqişə xətlərini daha dəqiqliklə çəkmək mümkündür.

Əldə olan son məlumatlara görə, müqavimət qüvvələrinin Raim bazasına ölümcül hücumları və sionist ordusuna ağır itkilər verdikdən sonra müqavimət qüvvələri Raim və Raim hərbi bazasından geri çəkiliblər.
Həmçinin Netifot cəbhəsində müqavimət qüvvələri İsrail ordusunun əks-hücumundan sonra Kəfər Azza və Nahal Ozə doğru taktiki olaraq geri çəkilib.

Bəzi geri çəkilmələrə baxmayaraq, Ofakim, Mişmar Hanigiev və hətta Aşkelon bölgələrində hələ də naməlum sayda müqavimət qüvvələri mövcuddur.

Müqavimət qüvvələri ilə sionist ordu arasında toqquşmalar digər döyüş xətlərində, o cümlədən Sderot şəhərində, Zikim, Kəfəraza, Nəhal Oz, Beiri və Magen ətrafında davam edir.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir