İsrailin Fələstin müqavimətindən böyük kəşfiyyat məğlubiyyəti!

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Şənbə 7 Oktyabr 2023 - 15:18
https://az.iswnews.com/?p=26840

Fələstin müqavimət qüvvələrinin birgə və təəccüblü hücumlarının başlaması və sionist hərbçilərin bu hücumlar qarşısında reaksiyası göstərir ki, sionist rejimin kəşfiyyat və təhlükəsizlik qurumları bu hücumlar başlamazdan əvvəl Fələstin müqavimətinin hərəkətlərini müəyyən etmək üçün zərrə qədər xəbərdarlıq etməyiblər və uğursuzluğa düçar olublar!

Bu gün oktyabrın 7-də səhər saatlarında İsrail ordusunun bir çox qüvvələri bayram tətilində olarkən Fələstin müqavimət qüvvələri sionistlərin Fələstin xalqına qarşı son təcavüzləri və işğalçı mühacirlərin Məscidül-Əqsaya basqınına cavab olaraq “Əl-Əqsa Fırtınası” adlı əməliyyata başladı.

Bu əməliyyat zamanı Fələstin müqavimət qüvvələri ən qısa müddətdə sionist rejimin səddini keçərək Qəzza zolağı ətrafındakı sionist yaşayış məntəqələrinə, eləcə də Qəzza zolağı ətrafında yerləşən İsrail hərbi bazalarına daxil olublar. Nəticədə bir neçə sionist əsgər öldürüldü və bir neçəsi Kətaib əl-Qəssam döyüşçüləri tərəfindən əsir götürüldü.

Fələstin müqavimətinin əməliyyat və hərbi qələbəsindən daha vacib olan sionist rejimin təhlükəsizlik qurumlarının kəşfiyyat üzrə uğursuzluğudur ki, bu da hazırkı müharibənin ilk saatlarından açıq-aşkar görünür.

Fələstin müqavimətinin komandirləri sionist rejimin vəhşi hərəkətlərinə və Fələstin xalqına qarşı cinayətlərinə cavab vermək üçün qüvvələr planlaşdırıb hazırlayarkən, İsrail kəşfiyyat orqanları Fələstin müqavimətinin bu plan və hərəkatlarına laqeyd yanaşıblar. Müqavimət komandirlərinin və 100% elitanın Fələstin qrupları üzərində 24 saat müşahidəsi barəsində İsrail medialarının və komandirlərinin iddiaları yanaşı İsrail hərbi qurumlarının bu hücumlara qarşı çıxa bilməməsi mühüm mesaj ötürür.

Sionist hərbçilərin reaksiya növü, israilli məhbusların sayı, müqavimət qüvvələrinin irəliləmə sürəti və sionist yaşayış məntəqələrini kəşf etməsi və Qəzza zolağı ətrafında yerləşən İsrail hərbi bazalarına daxil olması İsrail əsgərlərinin tamamilə qəflətdə olduqlarını göstərir.

Fələstin müqavimətinin İsrail rejiminə qarşı birgə hücumlarının uğur qazanmasının əsas səbəblərindən biri Fələstin müqavimətinin təhlükəsizlik və müdafiə qüvvələrinin tapşırıq və missiyalarını mükəmməl şəkildə yerinə yetirməsi olmuşdur. Təbii ki, kəşfiyyatın bu uğurun səbəblərindən biri, müdafiə və təhlükəsizlik təcrübələrinin “Ser əl-Əhrar” döyüşündən “Əl-Əqsa Fırtınası” döyüşünə ötürülməsidir ki, bu da HƏMAS və İslami Cihad arasında bu sahədə strateji əməkdaşlığın yaxşılaşdığını göstərir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir