Fələstin müqavimət döyüşçülərinin Qəzzə ətrafındakı sionist yaşayış məntəqələrinə daxil olmaları + VİDEO və FOTO

Şənbə 7 Oktyabr 2023 - 13:02
https://az.iswnews.com/?p=26832

Yerli mənbələr bir sıra Fələstin müqavimət qüvvələrinin Qəzza ətrafındakı sionist yaşayış məntəqələrinə daxil olmaları və bir neçə İsrail əsgərinin əsir götürülməsi barədə məlumat yayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Fələstin müqavimət qüvvələri Qəzza zolağı ətrafındakı sionist yaşayış məntəqələrinə daxil olaraq İsrail hərbçiləri ilə toqquşub.

İvritdilli Kan kanalı bildirib ki, HƏMAS hərəkatının hərbi qanadı olan Kətaib əl-Qəssam döyüşçüləri işğal altındakı Sdirut şəhərində sionist rejimin polis məntəqələrindən birinə daxil olaraq bir neçə sionisti öldürüb və yaralayıblar.

Qəssam batalyonları sionist rejimin iki hərbi maşınını ələ keçirərək Qəzza zolağına aparıblar.

Nəşr olunan görüntülərə əsasən, Fələstin müqavimət qüvvələri sionist rejimin bazalarına daxil olaraq sionist əsgərləri əsir götürdükdən sonra qənimət götürülmüş avadanlıqlarla Qəzzəyə qayıdıb və fələstinlilər tərəfindən müsbət qarşılanıb.

Müqavimət qüvvələri Qəzza zolağı ətrafındakı sionist yaşayış məntəqələrində
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir