Qıfıl Pəncəsi əməliyyatında bir Türkiyə əsgəri həlak olub

Cümə 6 Oktyabr 2023 - 16:10
https://az.iswnews.com/?p=26820

Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha bir əsgərinin öldüyünü açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Türkiyə Müdafiə Nazirliyi İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bir əsgərinin həlak olduğunu etiraf edib.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, bu Türkiyə əsgəri sentyabrın 11-də Şimali İraqda PKK ünsürləri ilə toqquşma zamanı yaralanıb və aldığı xəsarətlərin ağırlığı səbəbindən dünən (5 oktyabr) dünyasını dəyişib.

Beləliklə, keçmiş Türkiyə Müdafiə Naziri Hulusi Akarın əmri ilə Şimali İraqda PKK silahlılarına qarşı 2022-ci il aprelin 18-də səhər saatlarında başlayan “Qıfıl Pəncəsi” əməliyyatında Türkiyə ordusunun itkilərinin sayı 88-ə artıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir