Suriya Ordusu İdlib və Hələbdəki terrorçuların mövqelərinə hücum edib + VİDEO və FOTO
Suriya Ordusu Homs Hərbi Kollecinə dron hücumuna cavab olaraq İdlib və Hələb vilayətlərinin müxtəlif bölgələrində terrorçuların mövqelərini hədəfə alıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, 89 nəfərin şəhid olması, 277 nəfərin yaralanması ilə nəticələnən Homs Hərbi Kollecinə dron hücumuna cavab olaraq Suriya ordusu İdlib və Hələb vilayətlərində terrorçuların mövqelərinə hücum edib.
Yerli mənbələrin məlumatına görə, indiyədək İdlib, Cisr əş-Şuğur, Benin, Əl-Futeyrə, Mərablit, Əl-Həmbuşiyyə, Deyr Sunbul, Əl-Roveyha, Əl-Barə, Afes, Əl-Muzrah, Sermin, Məcdəliyyə, Kəfərlatə, Sermin və Badama, həmçinin Dar Azza və bir neçə başqa bölgə Hələbin qərbində Suriya ordusunun artilleriya və hava zərbələri ilə hədəfə alınıb.
Terrorçulara yaxın mediaların iddialarına görə, bu hücumlar nəticəsində 13 nəfər ölüb, 62 nəfər yaralanıb.
Bu hücumların davamı olaraq rus qırıcıları da İdlib vilayətinin müxtəlif bölgələrində terrorçuların qərargahlarına qarşı hücumlar təşkil edib, hələlik terrorçuların itkilərinin sayı ilə bağlı təfərrüatlar açıqlanmayıb.
Rəy