Pakistan ordusu Şimali Vəziristanda Təhrik-e-Talibana qarşı əməliyyat keçirib + FOTO

Cümə 6 Oktyabr 2023 - 13:51
https://az.iswnews.com/?p=26782

Pakistan ordusunun Şimali Vəziristanın Kalaçi bölgəsində Təhrik-e-Taliban Pakistan (TTP) silahlılarının sığınacağına qarşı həyata keçirdiyi əməliyyat nəticəsində “Təhrik-e-Taliban Pakistan”ın cəbhə komandirlərindən biri olan Heybət Xan öldürülüb.

Heybət Xan Şimali Vəziristanın DI Xan və Deyr İsmayıl Xan rayonlarında Pakistan təhlükəsizlik qüvvələrinə qarşı silahlı terror hücumlarının və məqsədyönlü sui-qəsdlərin planlaşdırılması və həyata keçirilməsinə cavabdeh olub.

Qeyd edək ki, Pakistan hökuməti Heybət Xanın ölümünə səbəb olan hər cür dəqiq məlumatı təqdim edənə görə altı milyon Pakistan kaldarı məbləğində mükafat təyin etmişdi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir