İsrail əsgərlərinin Tulkərəmə hücumunda iki fələstinli şəhid olub + FOTO və VİDEO

Cümə axşamı 5 Oktyabr 2023 - 18:37
https://az.iswnews.com/?p=26751

Fələstin müqavimət qüvvələri ilə İsrail əsgərləri arasında Tulkərəm yaxınlığında baş verən silahlı qarşıdurma zamanı iki fələstinli şəhid olub.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, sionist rejim qüvvələri oktyabrın 5-də Tülkərm düşərgəsinə basqın edib, bundan sonra onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma başlayıb.

Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, Əbdül Rəhman Faris Məhəmməd Atta (23 yaş) və Huzeyfa Adnan Məhəmməd Faris (27 yaş) adlı iki fələstinli Tulkərm yaxınlığında baş verən qarşıdurmalar zamanı şəhid olub.

Bu toqquşmalar zamanı sionist rejimin bəzi əsgərləri də yaralanıb. Yerli mənbələr sionist işğalına qarşı müqavimət döyüşçülərinin Tulkərm şəhərinin kənarındakı Bəlauna bölgəsində pusquya salması nəticəsində ən azı 5 İsrail əsgərinin yaralandığını açıqlayıb.

Bununla bağlı İsrail ordusu Tulkərəmdə baş verən silahlı toqquşmalarda 5 İsrail əsgərinin yaralandığını, yaralılardan üçünün vəziyyətinin kritik olduğunu etiraf edib.

Sionist əsgərlərdən birinin Tulkərəmdə Fələstin müqavimət qüvvələrinin gülləsi ilə yaralanması anı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir