Türkiyə dronları Suriyanın şimalına hücum edib

Cümə axşamı 5 Oktyabr 2023 - 18:25
https://az.iswnews.com/?p=26748

Türkiyə ordusunun dronları Suriyanın şimalına hücumlarının davamında Həsəkə vilayətindəki məntəqələri hədəf alıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Türkiyə ordusunun dronları oktyabrın 5-də bir neçə mərhələdə infrastruktur və xidmət obyektlərini, neft obyektlərini və Suriya Demokratik Qüvvələrinin (SDQ) qərargahını hədəfə alıb.

Yerli mətbuatın məlumatına görə, indiyədək Eyn Əl-Ərəb (Kubani), Qəhtaniyyə, Amuda, Həsəkə və Müşirfə Əl-Həma bölgələri Türkiyə ordusunun dronları hücumlarına məruz qalıb. SDQ-yə yaxın medianın məlumatına görə, son saatlarda Türkiyə dronlarının Suriyanın şimalına hücumlarının sayı 16-ya çatıb.

Qeyd edək ki, Türkiyə ordusunun Suriyanın şimalında Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqelərinə dronlarla hücumları son bir neçə gündə, xüsusən də PKK ünsürlərinin Türkiyə Daxili İşlər Nazirliyinin qarşısında törətdiyi terror aktından sonra artıb. Bu hücumlardan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan etmişdi ki, bundan sonra PKK terror qruplaşmasının İraq və Suriyadakı bütün mövqeləri Türkiyə silahlı qüvvələri üçün qanuni hədəf hesab olunur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir