Azərbaycan və Ermənistan nümayəndələri İran prezidenti ilə görüşüblər + FOTO

Cümə axşamı 5 Oktyabr 2023 - 17:47
https://az.iswnews.com/?p=26739

İran prezidenti Azərbaycan Respublikası və Ermənistan rəsmiləri ilə görüşündə İranın “Zəngəzur dəhlizi”nə və “əcnəbilərin bölgəyə ayaq açmasına” qarşı olduğunu vurğulayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İran prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi Xələf Xələfov və Ermənistanın Ali Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüb və Qafqaz regionunda baş verənləri müzakirə ediblər.

İran prezidenti Azərbaycan Respublikası və Ermənistan nümayəndələri ilə görüşündə İranla münasibətlərin səviyyəsinin yaxşılaşdırılmasını və iki ölkə arasında ixtilaf yaratmaq və münasibətləri pozmağa hesablanmış planlara qarşı durmağı zəruri hesab edib və əlavə edib: “İran İslam Respublikası Azərbaycan Respublikası və Ermənistanın güclü qonşusu kimi bu iki ölkənin fikir ayrılıqlarının və problemlərinin həllinə kömək etməyə tam hazırdır”.

Rəisi regionun sərhədlərinin və geosiyasətinin qorunub saxlanmasının vacibliyini vurğulayaraq deyib: “İran 3+3 formatında və ya hər hansı digər forma və formatda regional dialoqları alqışlayır ki, bu da problemlərin həllinə və Azərbaycan Respublikası arasında münasibətlərdə düyünlərin açılmasına kömək edə bilər. Azərbaycan və Ermənistan və bölgə ölkələrinin regionun problemlərini həll etmək gücü var və hər hansı bəhanə ilə xarici ölkələrin ayağını bölgəyə açmaq heç bir region dövlətinin maraqlarına uyğun deyil”.

İranın Prezident aparatının siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi bildirib ki, prezident hər iki görüşdə Zəngəzur dəhlizinin NATO-nun regionda mövcudluğu üçün platforma olduğunu və İslam Respublikasının qəti şəkildə etiraz etdiyi ölkələrin milli təhlükəsizliyinə təhdid olduğunu vurğulayıb.

Bu görüşlərlə eyni vaxtda İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri İranın Ermənistan və Azərbaycan Respublikası sərhədlərinə müşahidəçilər göndərməyə hazır olduğunu bəyan edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir