Spin Buldak-Çaman sərhəd keçid məntəqəsində Taliban-Pakistan sərhədində 14-cü toqquşma + FOTO
Spin Buldak-Çaman sərhəd keçid məntəqəsində Pakistanın əsir mübadiləsi proqramının dayandırılmasından sonra Taliban silahlıları Pakistan sərhədçiləri ilə 14-cü dəfə toqquşub.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Spin Buldak-Çaman sərhəd keçid məntəqəsində Taliban silahlıları ilə Pakistan ordusu qüvvələri arasında baş verən qarşıdurmada iki pakistanlı mülki şəxs həlak olub, bir Pakistan əsgəri və iki əfqan uşaq da daxil olmaqla dörd nəfər yaralanıb.
Bu münaqişə Pakistan sərhədçisinin Pakistan hökuməti ilə Taliban hökuməti arasında əsir mübadiləsi proqramını ləğv etməsindən sonra baş verib və Taliban silahlılarının qəzəbi iki tərəf arasında silahlı münaqişəyə səbəb olub.
Bu, Əfqanıstanda bu qrupun hökumətinin fəaliyyətə başlamasından bəri Taliban və Pakistan arasında 14-cü sərhəd münaqişəsidir. Bundan əvvəl Nənqərhar əyalətindəki Torxam sərhəd-keçid məntəqəsində toqquşma baş vermiş və bu keçidin Pakistan tərəfindən blokadaya alınmasına səbəb olmuşdu.
Daha çox oxuyun:
İnfoqrafik: Talibanın Əfqanıstan qonşuları ilə sərhəd münaqişələri
Rəy