İranın Hökumət məsulları, İslam ölkələri səfirləri və vəhdət konfransı qonaqlarının İnqilab Rəhbəri ilə görüşü + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının Khamenei.ir-a istinadən verdiyi məlumata görə, Rəhmət və hidayət peyğəmbəri olan Həzrət Məhəmməd (s) və İmam Sadiqin (ə) mübarək mövlud günündə İran İslam Respublikası əhalisinin bir qismi, hökumət məsulları, İslam ölkələri səfirləri və vəhdət konfransı qonaqları dünən 03.10.2023-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
Bu görüşdə Ayətullah Xamenei bütün bəşəriyyətin Peyğəmbərə borclu olduğunu qeyd edərək buyurdu:
“İslamın əzəmətli Peyğəmbərinin, varlıq aləminin parlayan bu günəşinin bəşəriyyətin hər bir üzvünün boynunda haqqı vardır. Sözün həqiqi mənasında bəşəriyyətin hər bir fərdi o alicənab şəxsə borcludur. Əzəmətli Peyğəmbər (s) bəşəriyyətin bütün əsas dərdlərinin dərman reseptini bəşərə təqdim etdi”.
Bu gün Qərbin İslamla düşmənçiliyinin daha aşkar olmasına işarə edən o Həzrət belə buyurdu:
“Bu gün qərblilərin #İslamla düşmənçiliyi hər zamankındən daha açıq-aşkar görünür. Buna misal #Qurani-Kərimə olan təhqirdir. Axmaq və cahil olan biri bir iş görür və hər hansı bir Qərb dövləti onu himayə edir. Quranı zəiflədə biləcəklərini düşünürlər, amma səhv edirlər. Bu işləri ilə özlərini zay edirlər”.
Quranın zülmə qarışı olmaqla yanaşı, zülmü qəbul edəni də məzəmmət etməsini vurğulayan İnqilab Rəhbəri qeyd etdi:
“Quran fasid qüdrətlər üçün təhdid hesab olunur. Çünki (Quran) həm zülmü məhkum edir və həm də zülmü qəbul etdiyinə görə zülmə boyun əyən insanı məzəmmət edir. Quran xalqı oyadandır. Quranla düşmənçilik edən şəxs insanların oyanışı ilə müxalifdir, zülmlə mübarizənin əleyhinədir”.
Ayətullah Xamenei Qurana olunan təhqirə don geyindirməklə öz abırlarını aparan qərblilərdən söz açaraq belə buyurdu:
“”Söz azadlığı” bəhanəsi və bu təkrar olunan yalan sözlərlə Qurana edilən təhqirə haqq qazandırlanlar öz abırlarını dünya xalqlarının gözü qarşısında aradan aparırlar. Görəsən, Quranın təhqir edilməsinə icazə verilən ölkələrdə sionist simvolları ilə müxalifətçiliyə icazə verirlərmi?”
İslam ölkələri birləşsələr, ABŞ-ın daha zorakılıq edə bilməyəcəyinə işarə edən o Həzrət belə buyurdu:
Əgər İslam ölkələri birləşsələr hansı ölkə daha zorakılıq və oğurluq edə bilməyəcəkdir? Amerika. Əgər İran, İraq, Suriya, Livan, Ərəbistan, Misir və İordaniya kimi ölkələr öz əsas məsələlərində vahid bir xətlə hərəkət etməyi qəbul etsələr, zorakı qüdrətlər onların işlərinə dəxalət edə bilməyəcəklər.
Əgər müsəlmanlar birləşsə, Amerikanın onların işlərinə qarışa bilməyəcəyini vurğulayan İnqilab Rəhbəri buyurdu:
“Şübhəsiz, heç bir ölkə xarici bir qüdrətin onun işlərinə qarışmasını istəməz, lakin məcbur qalıb təslim olurlar. Nə üçün? Çünki təkdirlər. Əgər birləşsək, Amerika zorakılıq və oğurluq etməyə, habelə bizim daxili işlərimizə qarışmağa cürət edə bilməyəcəkdir. Ölkə başçıları və xüsusi istedada malik şəxslər bu məsələ üzərində düşünsünlər və eyni zamanda da mənfəətlərini də hesablasınlar”.
Başqa bir məqamın isə Sionistlə münasibət yaradanların uduzmağa məhkum olduğunu qeyd edən Ayətullah Xamenei belə buyurdu:
“İslam Respublikasının qəti nəzəri budur: Sionist rejimlə münasibətləri normallaşdırmaq qumarı uduzan ata mərc etmək kimi uduzmağa məhkumdur. Çünki bu gün Fələstin hərəkatı həmişəkindən daha canlı və daha hazırlıqlıdır və qəsbkar rejim aradan getməkdə və ölmək üzrədir”.
O Həzrət qəsbkar rejimin getmək üzrə olduğunu bildirərək qeyd etdi:
“Qəsbkar rejim getmək üzrədir. Bu gün fələstinli cavanlar və Fələstində zülm və işğalçılıq əleyhinə hərəkat 70-80 il ərzində olduğundan daha gümrah, daha şövqlü və daha hazırlıqlıdır. İnşallah, bu hərəkat nəticəyə çatacaqdır”.
Xərçəng xəstəliyi olan sionizm bütün regionda kökü kəsiləcəyini vurğulayan İnqilab Rəhbəri sözlərinə belə davam etdi:
“İnşallah, Fələstin hərəkatı nəticəyə çatacaqdır və alicənab İmam Xomeyninin (r.ə) qəsbkar rejimi xərçəng xəstəliyi adlandırdığı kimi, inşallah, Fələstin xalqının və müqavimət qüvvələrinin əli ilə bu xərçəng xəstəliyinin kökü bütün regionda kəsiləcəkdir”.
“Acığınızdan ölün” ayəsinin İsrail rejimi üzərində öz həqiqətini tapdığını söyləyən o Həzrət belə buyurdu:
“Bu gün sionist rejim kin və qəzəblə doludur və Quran buyurur: “Acığınızdan ölün”. Allahın köməyi ilə Quranın bu “De, acığınızdan ölün” ayəsi sionist rejim barəsində həyata keçməkdədir”.
“Sionist rejim ölmək üzrədir”, -deyə o Həzrət buyurdu.
İnqilab Rəhbəri Ayətullah Xamenei ABŞ-ın regionda müharibə odunu alovlandıran əsas amil olduğunu xüsusi olaraq qeyd edərək vurğuladı:
“Birləşək və bu birləşməyimiz Amerikanın müharibə odunu alovlandırmasının qarşısını alsın. Onlar müharibə odunu alovlandırırlar. Region daxilindəki bu müharibələrin xarici bir amili vardır. Bu sərhəd ixtilafları və bu kimi məsələlər belə bir münaqişələri yarada bilməz və biz bunları bu bir neçə il müddətində bu məntəqədə müşahidə etdik. Təhrik edib müdaxilə etdilər, pul xərclədilər, şər insanları hərbçi olmayan məzlum xalqın müqabilində hərkətə vadar etdilər”.
Rəy