Əhməd Məsudun partizanları Əfqanıstanın cənubuna yollanıblar
Əhməd Məsudun rəhbərlik etdiyi Əfqanıstan Milli Müqavimət Cəbhəsinin alt qruplarından olan “Müqavimət Cəbhəsinin Partizanları” silahlı dəstəsi Əfqanıstanın cənub əyalətlərində Taliban hökumətinə qarşı silahlı kampaniyalar aparmaq məqsədi ilə mövcud olduğunu elan edib.
Bu dəstə ordunun xüsusi təyinatlıları və Əfqanıstanın keçmiş hökumətinin kəşfiyyat bölməsindən ibarətdir və keçmiş Əfqanıstan ordusunun xüsusi təyinatlılarının komandirlərindən biri olan Fəzl Rəbi Rəhmani adlı şəxsin tabeliyindədir. Bu qrup Əhməd Məsudun komandanlığı altında olduğunu və Helmənd, Qəndəhar, Zabul və Meydan Vərdək əyalətlərində fəaliyyət göstərdiyini açıqlayıb. Müqavimət Cəbhəsinin partizanları Əfqanıstanın cənub əyalətlərində fəaliyyət göstərən Əhməd Məsudun rəhbərlik etdiyi ilk silahlı qrupdur.
Rəy