Nəsrullah: Müqavimət Livan hökumətinə ərazilərin azad edilməsində kömək etməyə hazırdır
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bazar ertəsi İslam Peyğəmbərinin (s) mövlud ildönümü münasibətilə çıxış edib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Seyid Həsən çıxışının əvvəlində İslam Peyğəmbərinin (s) mövlud ildönümü münasibətilə Yəməndə keçirilən möhtəşəm mərasimdən bəhs edib və deyib: “Bu mərasim yəmənlilərin çox çətin vəziyyətdə olduqları bir halda keçirilib. Müsəlmanlar Fitr və Qurban bayramlarında toplaşır və bütün müsəlmanlar bu günlərdə sevinir və müsəlmanların fəxr etdiyi günlərdən ikisi də Peyğəmbərin (s) mövludu və peyğəmbərliyə çatdığı günlərin ildönümüdür. İmam Xomeyni Peyğəmbərin peyğəmbərliyə çatdığı günü bütün dünyanın ən böyük günü hesab edirdi”.
O, daha sonra deyib: “İslam ümməti fədakar Fələstin xalqı və Məscidül-Əqsanın başına gələnlərin məsuliyyətini öz üzərinə götürməli və sionistlər müsəlmanların ilk qibləsi ilə bağlı İslam dünyasının səsinə qulaq asmalıdırlar. Münasibətlərin (sionist rejimlə) normallaşmasına tərəf gedən hər bir ölkə pislənməlidir, çünki bu hərəkət Fələstini tərk etmək və düşməni gücləndirmək kimi qəbul edilir və bununla məşğul olmaq olmaz”.
Hizbullahın baş katibi bəyan edib: “Müqavimət Livan hökumətinə ərazilərin azad edilməsində rol oynayan hər addımda bunu həyata keçirməyə kömək etməyə hazırdır. Milli konsensusun mövcud olduğu məsələ suriyalı qaçqınlar məsələsidir ki, bu da bizi böhranın həllinə apara bilər. Suriyalı işçi qüvvəsi ilə suriyalı qaçqınların birləşdirilməsi səhvdir və statistikada nəzərə alınmalıdır. Livana qaçqın axınında birinci məsul şəxs Suriyada müharibəni alovlandırandır, o da Amerika hökumətidir!”
Seyid Həsən Amerikanın Livanın işlərinə qarışmasına işarə edərək dedi: “Mən bilirəm ki, Amerikanın Livandakı səfiri bir təhlükəsizlik təşkilatı və ya bir nazirliyin bəzi suriyalıları Suriyaya qaytarmağa cəhd etdiyi xəbərini alanda şəxsən onların yanına gedir və onlarla görüş keçirir. Hüquqi səbəblərə görə onları araşdırır, məhkəmə və təhlükəsizlik araşdırması aparır; O, fərdlərə və qurumlara qarşı sanksiya qılıncından istifadə edir”.
O, sonda əlavə edib: “İki Suriya və Livan xalqı bir yerdə yaşayan və coğrafiya və tarixə görə yan-yana qalacaq iki millətdir və hazırda Livanda olan iki milyon suriyalı ilə ünsiyyət qurulmalı, münasibət yaradılmalı və heç kim qanunun sərhədlərini pozmamalı və heç kim zülm etməməlidir. Suriyalı qaçqınların qanının Livanda halal olduğu və mallarının müsadirə oluna biləcəyi qəbul edilməməlidir. Qəddarlığın heç bir nəticəsi olmayacaq”.
Rəy