Taliban xarici işlər naziri: Amerikanın Əfqanıstanda bazası olmayacaq

Bazar ertəsi 2 Oktyabr 2023 - 21:20
https://az.iswnews.com/?p=26629

Taliban hökumətinin xarici işlər naziri Moləvi Əmirxan Müttəqi Britaniyanın BBC telekanalına müsahibəsində deyib ki, bu qruplaşmanın liderləri Əfqanıstanda heç bir ölkənin hərbi baza yaratmasına razı deyillər. Müttəqi daha sonra deyib ki, əgər Taliban bu bazaların yaradılmasına razılıq versə, o zaman 20 illik müharibənin məqsədi nə idi?

Yerli mənbələrin məlumatına görə, Taliban Doha razılaşmasında ABŞ-a Əfqanıstanda 7 hərbi baza yaratmağa icazə verib. Moskva formatının son iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələyə toxunaraq Amerika və NATO-nun Əfqanıstana qayıtmasını qəbuledilməz hesab etmişdir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir