İraqın Milli Təhlükəsizlik Müşaviri Tehranda İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi ilə görüşüb

Bazar 1 Oktyabr 2023 - 17:16
https://az.iswnews.com/?p=26613

İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi İraqın Milli Təhlükəsizlik Müşaviri ilə görüşündə Tehran və Bağdad arasında təhlükəsizlik razılaşmasının ciddi və tam şəkildə həyata keçirilməsini vurğulayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraqın Milli Təhlükəsizlik Müşaviri Qasim Əl-Əərəci bu gün 1 oktyabr tarixində Tehrana səfəri zamanı İranın Ali Rəhbərinin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əliəkbər Əhmədian ilə görüş zamanı müxtəlif məsələlər haqda danışıb.

Bu görüşdə Əhmədian Ərbəin mərasiminin mümkün qədər möhtəşəm keçirilməsində İraq hökumətinin yaxşı əməkdaşlığına və təşkil etdiyi tədbirlərə, həmçinin İraq xalqının səmimi qonaqpərvərliyinə görə minnətdarlığını bildirib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi bildirib ki, iki ölkə arasında olan təhlükəsizlik sazişi iki ölkənin sərhədlərinin təhlükəsizliyinə zəmanət verir və iki ölkə və regionda təhlükəni aradan qaldırması üçün ağlabatan və uyğun yol xəritəsidir. O, həmçinin bu sazişin ciddi və tam yerinə yetirilməsini vurğulayıb.

Qasim Əl-Əərci bu görüşdə İraq hökuməti və milli təhlükəsizlik qurumunun iki ölkə arasında təhlükəsizlik razılaşmasını həyata keçirmək əzmini vurğuladı və dedi: “Biz Tehran-Bağdad əlaqələrini inkişaf etdirmək və dərinləşdirmək üçün hər fürsəti alqışlayacağıq və istifadə edəcəyik”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir