İsrail aviasiyası Dəməşqin ətrafına hücum edib
Yerli mənbələr sionist rejim ordusu qırıcılarının Dəməşq əyalətindəki hədəflərə hücumundan xəbər veriblər.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, bəzi suriyalı istifadəçilər sosial şəbəkələrdə və yerli mənbələrdə sionist rejim ordusu qırıcılarının Dəməşq əyalətindəki hədəflərə hücumu barədə məlumat yayıblar.
Suriya ordusunun Dəməşqin qərbində yerləşən “Əl-Dimas” bölgəsindəki mövqelərinin İsrail qırıcılarının hücumuna məruz qaldığı və bu hücum zamanı ən azı iki nəfərin şəhid olduğu bildirilir.
Bununla bağlı sionist “Yediot Aharonot” qəzeti yerli mənbələrə istinadən yazıb ki, Suriya ordusunun hava hücumundan müdafiə sistemləri Dəməşq səmasında düşmən hədəflərlə mübarizə aparmaq üçün işə salınıb.
Qeyd edək ki, sentyabrın 21-də İsrail dronları Dəməşq ətrafında Beyt Cen kəndi yaxınlığında motosikleti hədəfə almış və bu zaman iki nəfər şəhid olmuşdur.
Daha ətraflı: İsrailin Dəməşqin ətrafına dron hücumu; İki nəfər şəhid olub + FOTO
Rəy