Hollandiyalı əsgərlərin İraqa göndərilməsi!

Bazar 1 Oktyabr 2023 - 00:25
https://az.iswnews.com/?p=26542

Hollandiya hökuməti İraqa ən azı 120 əsgər və üç hərbi helikopter göndərəcəyini açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Hollandiya hökuməti NATO-nun İraqdakı nümayəndəliyinin fəaliyyəti çərçivəsində ölkəyə ən azı 120 əsgər və 3 hərbi helikopter göndərəcəyini açıqlayıb.

Hollandiya ekspedisiya qüvvələrinin logistika sektoru qarşısındakı əsas məsuliyyətinə əsgərlərin ərzaqla təmin edilməsi daxildir və qoşunların və texnikanın daşınması üçün ekspedisiya helikopterlərindən istifadə olunacaq.

Qeyd edək ki, Hollandiya hökuməti 2022-ci ilin iyununda, 145 əsgərin 2023-cü il noyabrın 1-dək İraqa göndərilməsini təsdiqləyib.

Xatırladaq ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı 2023-cü il avqustun 17-də İraq hökumətinin rəsmi tələbi ilə bu ölkədə hərbi fəaliyyətlərinin miqyasını artıracağını açıqlamışdı. NATO Şurasının qərarına əsasən, NATO-nun İraqdakı missiyasının əhatə dairəsinə məsləhət missiyaları ilə yanaşı, Daxili İşlər Nazirliyi və İraq Federal Polis Komandanlığına dəstək üçün potensialın artırılması da daxildir.

Daha ətraflı: NATO İraqda hərbi fəaliyyətini artırır

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir