Latakiya və Hələbdə terrorçuların üç dronunun vurulması; Suriya ordusu cavab verdi!

Bazar 1 Oktyabr 2023 - 00:09
https://az.iswnews.com/?p=26536

Suriya ordusu Latakiya və Hələb əyalətlərində terrorçuların dron hücumlarına cavab olaraq onların mövqelərini hədəfə alıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, terrorçular üç drondan istifadə edərək Latakiya və Hələb əyalətlərindəki hədəflərə hücum etməyi planlaşdırıblar, lakin Suriya hərbçilərinin sayıqlığı nəticəsində bu hücum zərərsizləşdirilib və hücum etmək istəyən dronlar da vurulub.

Bununla bağlı Suriya Müdafiə Nazirliyi elan edib: “Terrorçu qruplaşmalar Hələb, Latakiya və İdlibin ucqarlarında mülki əhaliyə və ordu mərkəzlərinə hücumlarını davam etdirirlər, sonuncusu isə bir neçə bölgəyə dron hücumuna cəhd olub”.

Suriya Müdafiə Nazirliyinin bəyanatının davamında deyilir: “Suriya ordusunun qüvvələri terror qruplaşmalarına aid iki dronu Latakiya şəhərinin şimal ətraflarında və daha bir dronu isə Hələbin qərb ətraflarında vurub”.

Hücumlara cavab olaraq Suriya silahlı qüvvələri sözügedən ərazilərdə terrorçu qrupların qərargahlarını dəqiq artilleriya hücumları ilə hədəfə alıb, onlardan bir neçəsini, o cümlədən “Əbu Mərvan Azzo”nu öldürüb və yaralayıb, terrorçuları Hələbin qərbində daşıyan avtomobili isə şəhərətrafı ərazilərdə məhv edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir