İraqın daxili işlər naziri: Biz terrorçuları İranla ümumi sərhədlərdən uzaqlaşdırdıq
İraqın daxili işlər naziri İraq hərbçilərinin İranla müştərək razılaşma və anti-İran terror qruplaşmalarının iki ölkə arasındakı ümumi sərhəd zolağından çıxarılmasına uyğun hərəkətlərini açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraqın daxili işlər naziri Əbdül Əmir Əl-Şəmmari Əl-Ərəbiyyə ilə söhbətində deyib: “İraq qüvvələri İran İslam Respublikasına qarşı olan terrorçuları Şimali İraqın bu ölkə ilə sərhəd zolağından çıxarıb”.
O, daha sonra əlavə edib: “İran və İraqın Kürdüstan bölgəsi arasındakı ümumi sərhədlər tamamilə İraq qüvvələrinin nəzarəti altındadır”.
Bildirilir ki, Kürdüstan Bölgəsi və İraqın müşahidə şurası bu dağlara və bölgələrə səfər edərək İran əleyhinə silahlı qrupların bütün qərargahlarını məhv etmək niyyətindədir.
Qeyd edək ki, sentyabrın 22-də İraqın Xarici İşlər Naziri Fuad Hüseyn Əl-Hurrə kanalına müsahibəsində Tehran və Bağdad arasında anti-müxaliflərin ölkədən çıxarılması ilə bağlı təhlükəsizlik sazişinin uğurla həyata keçirildiyini elan etmişdir.
Daha ətraflı: İraqın xarici işlər naziri: İranla təhlükəsizlik razılaşması tam şəkildə yerinə yetirildi
Rəy