“Təhrik-e-Taliban” Əfqanıstan ərazisindən yenidən Pakistan ordusuna hücum edib

Şənbə 30 Sentyabr 2023 - 07:06
https://az.iswnews.com/?p=26510

Təhrik-e-Taliban Pakistan (TTP) tərəfindən Bəlucistan əyalətinin Jub məntəqəsindəki Sambaza məhəlləsində Pakistan ordusu qüvvələrinə təşkil edilən hücumda 4 Pakistan Sərhəd Mühafizəsi (FC) əsgəri və 3 Təhrik-e-Taliban silahlısı həlak olub, 5 pakistanlı əsgər isə yaralanıb.

Təhrik-e-Taliban silahlıları Jub bölgəsində yerləşən Sambaza sərhədinin sıfır nöqtəsində Əfqanıstan sərhədini keçərək Pakistan ərazisinə daxil olaraq Pakistan Ordusunun sərhəd mühafizə qüvvələrinə hücum ediblər.

Bu, Təhrik-e-Taliban Pakistan silahlı qüvvələrinin Əfqanıstan ərazisindən istifadə edərək Pakistan ordusu qüvvələrinə qarşı ilk hücumudur ki, bu, Əfqanıstan Talibanının xarici işlər naziri ilə Pakistan hökumətinin nümayəndələri arasında son görüş və danışıqlardan sonra həyata keçirilib. Bu söhbətdə Taliban Əfqanıstanda Təhrik-e-Taliban Pakistanın fəaliyyətinə mane olacağını öhdəsinə götürmüşdü.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir